Modern.az

İlham Əliyevlə Sarkozi təkbətək gürüşüblər

İlham Əliyevlə Sarkozi təkbətək gürüşüblər

7 Oktyabr 2011, 15:06

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.

Modern.az-ın  məlumatına görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Fransa liderinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransa prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...