Modern.az

Nikola Sarkozini səfərdə 400 cangüdən müşayiət edir

Nikola Sarkozini səfərdə 400 cangüdən müşayiət edir

7 Oktyabr 2011, 15:19

Cənubi Qafqazda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi bu gün ilk dəfə olara Azərbaycana səfər edib. Sarkozi Bakıya Ermənistanın paytaxtı İrəvandan gəlib. Buradan isə elə bu gün Tiflisə gedəcə. Sarkozinin regiona gəlişi ilə əlaqədar çox ciddi təhlükəsizlik tədbirləri görülüb. İrəvanda, Bakıda və Tiflisdə bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Modern.az erməni mətbuatına istinadən bildirir ki, Fransa prezidenti Nikola Sarkozini bu səfərdə 400-dək cangüdən müşayiət edir. Ermənistanın “Aykakan Jamanak” qəzetui yazıb ki, bu qədər  mühafizəçinin gəlişi Sarkozinin regiondakı vəziyyətdən çox ciddi şəkildə ehtiyatlanmasından xəbər verir.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...