Modern.az

Bakıya gələn Sarkozi barədə bəyanat verildi: "“Fransa bacısı” üçün əhəmiyyətlidir”

Bakıya gələn Sarkozi barədə bəyanat verildi: "“Fransa bacısı” üçün əhəmiyyətlidir”

7 Oktyabr 2011, 15:45

Sarkozinin Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda səsləndirdiyi hədələrlə bağlı bəyanat verib. Modern.az-ın xəbərinə görə, bəyanat deyilir:

- Fransa prezidenti Nikola Sarkozi Qafqaza olan səfərini oktyabrın 6-da Ermənistana gəlişi ilə başladı. Sarkozinin Qafqaza səfəri zamanı gəldiyi ikinci ölkə isə Azərbaycan oldu. Oktyabrın 7-də reallaşan bu səfərin region üçün böyük əhəmiyyəti olduğunu hesab edənlər çox idi. Lakin hesab edirik ki, onun gəlişi region üçün deyil, “Fransa bacısı” üçün əhəmiyyətlidir. Ona görə ki, Fransa həmişə Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartdan yanaşıb. Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması, 1 milyondan artıq əhalinin məcburi qaçqın və köçkün şəraitində yaşaması beynəlxalq ictimaiyyətə və həmsədr ölkələrdən biri olan Fransaya da bəllidir. Münaqişə başlayandan bu günə kimi Fransa heç bir xüsusi fəallıq nümayiş etdirməyib. Konkret olaraq, digər həmsədr ölkələr kimi Fransanın da Ermənistana çox ciddi təzyiq rıçaqları var. Amma bu təzyiq rıçaqlarından indiyə qədər istifadə edilməyib və edilməsi də gözlənilmir. Fransa ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi Ermənistana təsir etmək əvəzinə, təcavüzkar dövlətə havadarlıq edən, münaqişənin dondurulmasına və uzadılmasına xidmət edir.

Bəli, Nikola Sarkozinin Ermanistana səfəri və verdiyi sayıqlama xarakterli bəyanatlar dediklərimizin bir daha sübutudur. Fransa prezidenti ilk olaraq Türkiyəni hədələyib və Ankaradan “erməni soyqırımını” tanımağı tələb edib.
Sarkozi eyni zamanda, Türkiyəyə öz tarixi keçmişinə düz baxmağı məsləhət görüb. Fransa prezidenti həmçinin Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb edib.

Sarkozi bununla kifayətlənməyərək, bir az da qabağa gedib: “Əgər Türkiyə öz tarixi borcunu yerinə yetirsə, biz dayandığımız, durduğumuz yerdə də duracağıq. Əgər Türkiyə bunu etməsə, biz bir qədər də irəli gedib cavab addımları atacağıq. Fransa bu hadisələrin inkar edilməsini cinayət sayan qanun qəbul edə bilər”.

Birincisi, Sarkozi Türkiyədən öz tarixi keşmişinə baxmağı tələb etməkdənsə, səfər etdiyi və himayəyə götürdüyü dövlətin tarixi keçmişi olmadığının fərqinə varsın. Bilsin ki, Ermənistan Fransa kimi himayəçilərin sayəsində qonşu dövlətlərin  ərazisini tutmaqla, tarixini oğurlamaqla bugünə gəlib çıxa bilib. Sarkozinin sərhədlərin açılmasını tələb etməsi ağlasığmazdır. Əgər Sarkozi Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq normaları çərçivəsində nail olmaq istəyirsə, Türkiyədən sərhədlərin açılmasını tələb etmək əvəzinə Ermənistandan Azərbaycanın sərhədlərindən kənara çəkilməyi tələb etsin. Çünki onun Türkiyədən etdiyi tələb regionda sülhə deyil, münaqişənin davam etməsinə xidmət edir. Eyni zamanda, Nikola Sarkozi “erməni soyqırımını” tanınmasını Türkiyədən tələb etməkdənsə, uzaq olmayan keçmişinə boylansın. Xocalı, Qaradağlı və onlarla onun kimi soyqırımların videogörüntülərini izləsin. Görsün ki, işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər hansı əməllər törədiblər. Eyni zamanda, nə qədər mədəniyyət abidələrini yerlə-yeksan edib, Azərbaycan vətəndaşlarını öz dədə-baba torpaqlarından didərgin salıblar. Hörmətli Sarkozi bilin ki, ermənilərin bu əməlləri beynəlxalq terrorizmin tərkib hissəsidir. Onun nəticəsidirki, Ağdam sakini 9 yaşlı Fariz Bədəlov və Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kənd sakini 13 yaşlı Aygün Şahmalıyeva atəşkəs haqqında müqavilənin tələblərini pozan Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin yeni bir qurbanı olub. Onu da qeyd edək ki, Fariz Bədəlov və Aygün Şahmalıyeva erməni hərbi qüvvələri tərəfindən qətlə yetirilən minlərlə dinc əhalidən olan uşaqlardan biridir. 
Bizim əsas tələbimiz odur ki, Fransa dövləti və onun əsas siması olan Nikola Sarkozi bu ikili yanaşmadan əl cəksin. Türkiyəyə və Azərbaycana yönəlik verdiyi bəyanatlara son qoysun, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə dəvət etsin. Bir sözlə böyük bir dövlətin prezidenti kimi konstruktiv mövqe tutsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...