Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə yola düşüb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, sabah baş nazir Fransa paytaxtında Komitasın abidəsinə çələng qoyacaq və erməni icmasının üzvləri ilə görüşəcək. Həmçinin sabah səfərin rəsmi hissəsi – iki ölkə liderlərinin danışıqları baş tutacaq, daha sonra Paşinyan Paris meriyasında olacaq.