Modern.az

ABŞ-dan Rusiyaya qarşı daha sərt sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı daha sərt sanksiyalar

Dünya

13 Sentyabr 2018, 23:57

ABŞ bu ilin noyabrından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.

 

Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir.

 

M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU