Modern.az

Film təqdimatında 11 nəfər güllələndi

Film təqdimatında 11 nəfər güllələndi

Dünya

14 Sentyabr 2018, 00:46

Nigeriyanın Zamfara əyalətində açıq havada film təqdimatına getmək üçün toplaşan insanlar atəşə tutulublar. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb. Hadisə zamanı daha 20 nəfər yaralanıb.

 

Hücumun kimlər tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.

 

Qeyd edək ki, bu il Zamfara vilayətində 400-ə yaxın insan silahlı hücumlarda ölüb. Minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıblar.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU