Modern.az

Azərbaycanlı deputat Gürcüstanın AŞPA-dakı nümayəndə heyətilə görüşüb

Azərbaycanlı deputat Gürcüstanın AŞPA-dakı nümayəndə heyətilə görüşüb

7 Oktyabr 2011, 16:42

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva  Strasburqda Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Millət vəkili həmçinin Avropa Şurasında Gürcüstanın dövlət müstəqilliyinin 20 illiyi, bu ölkənin ilk Konstitusiyasının qəbulunun 90 illiyi  və Konstitusiya Məhkəməsinin qurulmasının 15 illik yubileyi ilə baglı keçirilən tədbirlərdə də iştirak edərək, Azərbaycan Parlamentinin və Dostluq qrupunun  təbriklərini çatdırıb.
İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Gürcüstan parlament üzvləri və Parlamentlərarası Dostluq qrupu bundan sonra da ölkələrimiz arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva tədbir çərçivəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri   Georgi Popuaşvili ilə də görüşüb və ona Dostluq Qrupu adından təbriklərini çatdırıb.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...