Sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, təntənəli iclasda 10-a yaxın beynəlxalq təşkilatın (rəhbər və nümayəndə heyətləri səviyyəsində) üzvləri iştirak edəcək.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclasına dəvət edilən beynəlxalq təşkilatlar aşağıdakılardır.
1. NATO Parlament Assambleyası;
2. İslam Əməkdaşlıq Təşkilatı;
3. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası;
4. ATƏT Parlament Assambleyası;
5. MDB Parlament Assambleyası;
6. AVRONEST Parlament Assambleyası;
7. Avropa Şurası Parlament Assambleyası;
8. TÜRKPA