Modern.az

Onlar bu dəfə Şimali Koreyada görüşəcək

Onlar bu dəfə Şimali Koreyada görüşəcək

14 Sentyabr 2018, 13:26

Şimali Koreya lideri Kim Çen In ilə Koreya Respublikası prezidenti Mun Cje İn görüşəcəklər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüş üçün Koreya Respublikasının prezidentinin təyyarəsi Seuldan birbaşa Pxenyana uçacaq.

Məlumata görə görüşün keçirilməsi üçün hazırlıq qrupu sentyabrın 16-da Pxenyana gedəcək.

Sammitin sentyabrın 18-dən 20-nə kimi davam edəcəyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl KXDR Koreya Respublikasını yarımadanın birləşdirilməsini nəzərdə tutan birgə imzalanmış Pxanmuncom bəyannaməsinin tez bir zamanda reallaşdırılmasına çağırıb.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU