Modern.az

QHT Məsuliyyət Xartiyası müzakirə edildi

 QHT Məsuliyyət Xartiyası müzakirə edildi

7 Oktyabr 2011, 15:15

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı “QHT Məsuliyyət Xartiyası” və “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” sənədlərinin müzakirəsi bu gün Xaçmaz şəhərində yerli QHT rəhbərlərinin iştirakı ilə keçirildi.            

Sənədləri təqdim edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, bu sənədlərin hazırlanmasında və qəbul edilməsində məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da səmərəli qurmaq, QHT idarəetməsini təkmilləşdirmək və QHT fəaliyyətinin beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.

F.Qurbanov QHT fəaliyyətinə aid belə xartiyaların, norma və standartlarının bir çox dünya ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərin vətəndaş cəmiyyətlərində qəbul edildiyini vurğuladı. İcraçı direktorun fikrincə, “QHT Məsuliyyət Xartiyası” və “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” sənədlərinin QHT-lər tərəfindən qəbul edilməsi ölkədə qeyri-hökumət təşkilatlarının inkişafı və təsnifatlaşdırılması, eləcə də onların fəaliyyətində şəffaflığın artırılmasına böyük təsir edəcəkdir.

Müzakirələrdə çıxış edən QHT rəhbərləri sənədləri bəyəndiklərini və yaxın günlərdə onların yerli təşkilatlar tərəfindən qəbul edilib imzalanacağını bildirdilər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...