Daxili İşlər naziri Ramil Usubov jurnalist İdrak Abbasovla bağlı məsələni şəxsi nəzarətinə götürüb.
Bunu "Azadlıq" radiosuna «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı deyib:
«Nazir bu məsələni öz şəxsi nəzarətinə götürüb. Artıq bu məsələnin araşdırılması üçün konkret adam da təyin edib. Hazırda araşdırma gedir. Nəticəni gözləyirik».
Sentyabrın 9-da Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı «Ayna-Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, valideynlərinə və qardaşına xəsarət yetiriblər.
Jurnalistin atası Telman Abbasov, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva xəstəxanaya yerləşdiriliblər.
İdrak Abbasov ailə üzvlərinin hədələndiyini deyir.
Elçin Şıxlı hadisənin araşdırılması, jurnalistin və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün daxili işlər naziri Ramil Usubova müraciət edib.
Modern.az