“Ukraynada keçiriləcək prezident seçkiləri ölkəmizin demokratiya istiqamətində növbəti imtahanı olacaq”. Modern.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Vladimir Qroysman Kiyevdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Vladimir Qroysman bildirib ki, Ukraynanın bir çox siyasətçiləri seçki kampaniyası zamanı əvvəlkindən daha çox populist olacaqlar: “Düşünürəm ki, gələcəkdə təhlükəsiz, keyfiyyətli, müasir Ukrayna üçün sadəcə populist çıxışlar yox, konkret işlər görmək lazımdır”.