Modern.az

Pakistanda qatar relsdən çıxdı: onlarla yaralı var

Pakistanda qatar relsdən çıxdı: onlarla yaralı var

Dünya

16 Sentyabr 2018, 12:48

Pakistanda qatar relsdən çıxıb.

Modern.az xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU