Modern.az

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO

Dünya

16 Sentyabr 2018, 13:39

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

Modern.az-ın məlumatına görə, bu barədə "ABC News" xəbər verib.

Daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi.  

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. 

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. 900 mindən çox insan elektrik enerjisindən məhrum olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU