Modern.az

Papa rahibi rütbəsindən məhrum etdi, səbəbi isə...

Papa rahibi rütbəsindən məhrum etdi, səbəbi isə...

Dünya

16 Sentyabr 2018, 17:35

Roma Papası Fransisk katolik məktəblərdə zorlama işlərində adı keçən rahib Kristian Prext Banyadosu kilsə rütbəsindən məhrum edib.

Modern.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Santyaqo arxiyepiskopluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, rahib rütbəsindən birdəfəlik məhrum edilib və bu rütbədən irəli gələn bütün vəzifələrdən azad olunub.

Banyadosun müqəssir kimi cəlb edildiyi zorlama ilə bağlı işlərdə zərərçəkənlərin böyük əksəriyyəti yetkinlik yaşına çatmayan yeniyetmələrdir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU