Modern.az

Bütöv şəhər 1,7 milyon dollara satılır

Bütöv şəhər 1,7 milyon dollara satılır

16 Sentyabr 2018, 21:23

ABŞ-ın Corciya ştatında Tumsboro adlı şəhər satışa çıxarılıb. Modern.az xəbər verir ki, bu barədə “Craigslist” saytında elan yerləşdirilib.

Məlumata görə, şəhərlə birlikdə alıcı nəinki yaşayış evlərini, eyni zamanda restoranları, otelləri və hətta opera teatrını da əldə edəcək. Şəhərin qiyməti 1,7 milyon dollar müəyyən olunub ki, bu da Nyu-Yorkun nüfuzlu rayonlarında adi mənzilin qiymətinə bərabərdir.

 

Tumsboro XIX əsrin ikinci yarısında yaranıb. 2000-ci ildə əhalinin siyahıya alınması zamanı şəhərdə 472 nəfərin yaşadığı müəyyən olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir