Modern.az

Yəməndə radiostansiya bombalandı

Yəməndə radiostansiya bombalandı

Dünya

16 Sentyabr 2018, 22:20

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasını bombalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.

 

Məlumata görə, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Koalisiya təyyarələri bina ətrafında keşik çəkərək "təcili yardım" həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama