Real TV sentyabrın 17-dən 24 saatlıq xəbər yayımına başlayır. Modern.az xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Mahir Məmmədli "feysbuk" hesabında yazıb.
Qeyd edək ki, Real TV-nin təsisçisi Mirşahin Ağayev payıza doğru kanalda bir çox dəyişikliklər olacağını vəd etmişdi.
Real TV 15 mart 2018-ci ildə yayıma başlayıb.