Modern.az

“Xəzər” TV-yə 6 mərtəbəli yeni ofis tikilir (FOTO)

“Xəzər” TV-yə 6 mərtəbəli yeni ofis tikilir (FOTO)

10 Oktyabr 2011, 11:08

“Xəzər” telekanalına yeni bina tikilir. Bu barədə Modern.az saytına telekanalın icraçı direktoru Xəlil İbrahim məlumat verib. O, qeyd edib ki, tikintisi başlanılan binanın layihəsi xaricdə hazırlanıb:
“Hesab edirəm ki, “Xəzər” TV Azərbaycanda ən yaxşı texniki imkanları olan telekanallardan biri olacaq.
Çünki AzTV-dən başqa Azərbaycanda fəaliyyət göstərən telekanallar, o cümlədən biz satandartlara tam cavab verməyən şəraitdə işləyirik. Studyalarımız yoxdur, texniki imkanlarımız qaydasında deyil. Amma “Xəzər” telekanalının yeni binası bünövrəsindən tutmuş damına qədər sırf telekanal üçün nəzərdə tutulmuş proyektdir”.

Nobel prospektində tikilən binanın nə zaman hazır olacağı isə bilinmir. Amma Xəlil İbrahim tikintinin hardasa iki il yarım çəkəcəyini düşünür: “Tikinti bitəndən sonra həm xarici görüntü, həm də texniki təchizat baxımdan “Xəzər” Azərbaycanda ən gözəl televiziyalardan olacaq. Bina 6 mərtəbədən ibarət olacaq. Ərazi genişdir, bu isə studyaların texniki imkanlarının olması deməkdir”.


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi