Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib. (AzərTAc)
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Elmlərin konvergensiyası” mövzularında diskussiyalar aparılacaq. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.
Modern.az