Modern.az

Stadionda sıxlıq: 5 ölü

Stadionda sıxlıq: 5 ölü

17 Sentyabr 2018, 17:27

Afrikada keçirilən Çempionlar Liqasının matçı insan ölümü ilə müşayiət olunub.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, matç zamanı yaranmış sıxlıqda 5 nəfər həyatını itirib, 7 nəfər isə travma aldığı bildirilir.

Hadisə Anqolanın Luanda stadionunda “Primeyru di Aqoştu” ilə “TP Mazembe” arasında keçirilən matçın bitməsindən sonra  baş verib.

 

Çıxış polis tərəfində bağlı saxlandığından insanlar stadionu tərk edə bilməyib. Sonra isə qapılar açılan kimi hamı stadionu tərk etməyə çalışıb. Nəticədə insanlar polislərin atlarının ayaqları altında qalıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU