Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Modern.az