Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın anası Tənzilə Ərdoğanın hüzr mərasimində iştirak etməsi ilə bağlı məlumat vermişdik.
Qeyd edək ki, bir neçə azərbaycanlı deputat da Ərdoğanın anasının yas mərasimində iştirak edib.
Modern.az onlardan yalnız Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadənin adını dəqiqləşdirə bilib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğli bildirib ki, rəsmi qaydada deputatlardan heç kim Ərdoğanın anasının yas mərasiminə qatılmayıb. Qeyri-rəsmi qaydada Türkiyəyə gedən deputatlar barədə isə o, məlumatı olmadığını deyib.
Modern.az