Modern.az

Məhkəmə 4 müxalifətçi gəncə hökm oxuyub

Məhkəmə 4 müxalifətçi gəncə hökm oxuyub

10 Oktyabr 2011, 15:20

Oktyabrın 10-da İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılaraq mühakimə olunan gənc müxalifətçilərə Nəsimi rayon Məhkəməsində hökm oxunub.

Modern.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsi Ülvi Quliyevə 3, Əhəd Məmmədliyə 3, Elnur Məcidliyə 2, Rüfət Hacıbəyliyə 1 il 6 ay həbs cəzası kəsib.

Elnur Məcidli və Rüfət Hacıbəyli ictimai qaydanı pozmaqda, Əhəd Məmmədli və Ülvi Quliyev isə ictimai qaydanı pozmaqla yanşı, həm də hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.
Gənclərə iş kəsiləndən sonra Nəsimi rayon Məhkəməsinin qarşısında təqsirləndirilən şəxslərin tərəfdarları ilə polis arasında qarşıdurma olub.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...