Modern.az

ANS-in əməkdaşları evləndilər

ANS-in əməkdaşları evləndilər

Media

10 Oktyabr 2011, 16:15

ANS-in əməkdaşları 25 yaşlı Cavid Osmanov və 23 yaşlı Zəhra Rüstəmova münasibətlərini rəsmiləşdirdilər. ANSpress-in  məlumatına görə, artıq bir neçə aydır nişanlı olan cütlük iki gün öncə VVAQ şöbəsində qeydiyyata düşüblər.
Cavid və Zəhra qanuni ər-arvad olsalar da, 29 oktyabrda Cavidin oğlan toyundan sonra birlikdə yaşayacaqlar. Zəhranın qız toyu isə 1 oktyabrda Gəncədə olub.

Qeyd edək ki, Cavid Osmanov ANS ÇM-in "DJ Deyəcək", "Mıxlama" və "Nahar Vaxtı " verilişlərinin, Zəhra Rüstəmova isə ANS TV-nin "Ağıl dəryası" verilişinin arapıcısıdır.

"Zəhra bundan sonra verilişində Zəhra Rüstəm-Osmanova kimi təqdim olunacaq. Əgər ipoteka ilə ev almağımız həll olunsa, toydan sonra öz evimizə gedəcəyik", deyə Cavid Osmanov qeyd edib.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular