Modern.az

İlham Əliyev Süleyman Dəmirəllə birgə nahar edib

İlham Əliyev Süleyman Dəmirəllə birgə nahar edib

10 Oktyabr 2011, 16:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin rəmi saytı məlumat yayıb.
Görüşdə Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlanıb, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olunub.
İlham Əliyev dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX Prezidentinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin şərəfinə nahar verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...