Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəyan edib ki, 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin qeydiyyatı başa çatıb. “Müalicə işi və pediatriya” istiqaməti üzrə qəbul olanlardan 3 nəfəri qeydiyyatdan keçmədiklərinə görə, həmin yerlərə əlavə yerləşdirmə elan edilir. Bu yerlər aşağıdakılardır:
11358 - Pediatriya, Azərbaycan Tibb Universiteti – 1 yer
14136- Şüa terapiyası, Milli Onkologiya Mərkəzi – 1 yer
14133 - Travmotologiya-ortopediya, Bakı şəhəri Kliniki Tibbi Mərkəzi – 1 yer
TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin ixtisasların seçimində rezidenturaya qəbul imtahanlarında “Müalicə işi və pediatriya” istiqaməti üzrə müsabiqə şərtini ödəmiş namizədlər iştirak edə bilərlər. İxtisas seçimi oktyabrın 11-dən (saat 11:00-dan) oktyabrın 13-dək (saat 14:00-dək) internet vasitəsilə aparılacaqdır.
Namizədlər qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq ixtisas seçimini təsdiq etməlidirlər.
Modern.az