Modern.az

"Eurovision" mahnı müsabiqəsi Bakıda İnternetin sürətini artıracaq

"Eurovision" mahnı müsabiqəsi Bakıda İnternetin sürətini artıracaq

Təhsil

11 Oktyabr 2011, 11:20

2012-ci ilin mayında Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də üzərinə bir sıra vəzifələr düşür. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir bildirib ki, bu işlərdən biri ölkədə internetdən istifadənin yüksək keyfiyyətlə təmin olunmasıdır: "Bakının bir çox yerlərində Wi-Fi (simsiz internet) quraşdırılacaq, internetin sürəti kifayət qədər artırılacaq. Hazırda bu istiqamətdə bir sıra işlər görülür".

Ə.Abbasov qeyd edib ki, müsabiqəni internet vasitəsilə də izləmək mümkün olacaq: "Eyni zamanda, səsverməni də internet vasitəsilə həyata keçirmək olar. Bu məsələni araşdırırıq. Əgər bu baş tutsa, "Eurovision" mahnı müsabiqəsi tarixində ilk internet səsverməsi kimi tarixə düşəcək».

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı