Modern.az

Vüqar Səfərli: "Jurnalistlərə tikiləcək binanın təməlqoyma mərasimi olmayacaq”

Vüqar Səfərli: "Jurnalistlərə tikiləcək binanın təməlqoyma mərasimi olmayacaq”

Media

11 Oktyabr 2011, 15:17

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli növbəti dəfə jurnalistlər üçün tikiləcək yaşayış binası barədə açıqlama verib.
"Jurnalistlərə tikiləcək binanın təməlqoyma mərasimi olmayacaq. Biz orada işləri davam etdiririk. Həmin ərazidə bir az su çıxdı, hazırda onun qarşısını alırıq"-deyə Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, təməlqoyma mərasimi olmasa da, ərazidə hazırlıq işləri başa çatandan sonra binanın özülü qazılacaq və təməl atılacaq. Bir müddət gözlədikdən sonra isə tikinti işlərinə start veriləcək: «Bəzi mətbuat orqanları bu işimizə qara yaxmağa çalışır. Amma biz dediyimiz vaxtda binanı təhvil verəcəyik. Jurnalistlərin binası, inşallah, 2013-cü ilin sentyabrında tam hazır olacaq. Siz oturub mənzilinizi gözləyin».

2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb, Bibiheybətdə torpaq sahəsi ayrılıb. Bir il ötsə də, jurnalistlərin evinin bünövrəsi hələ qoyulmayıb. Bu isə müxtəlif söz-söhbətlərə səbəb olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi