AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün son görüşünə çıxacaq. Modern.az-ın məlumatına görə, Berti Foqtsun komandası səfərdə Türkiyə millisinin qonağı olacaq.
Bu axşam Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə millisinin heyəti məlum olub.
Türkiyə komandası meydana bu oyuncularla çıxacaq: Sinan, Səbri, Gökhan Zan, Egemen, Hakan Balta, Əmrə, Mehmet Topal, Hamit, Arda, Burak, Kazım.
Bu gün İstanbul şəhərindəki "Türk Telekom Arena"da keçiriləcək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycan telekanalları bu oyunu canlı yayımlamayacaqlar.
Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Peter Rasmussen
Baş hakimin köməkçiləri: Henrik Sonderby, Niels Hoeg
Dördüncü hakim: Lars Christoffersen
(Hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor: Stefano Farina (İtaliya)
UEFA nümayəndəsi: Adrian Titcombe (İngiltərə)
Modern.az