Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası oktyabrın 11-də İstanbulda son görüşünü keçirib.
Türkiyə ilə ötən ilin oktyabrında Bakıda baş tutmuş görüş 1:0 hesabı ilə millimizin xeyrinə başa çatmışdı. Həmin məğlubiyyət Türkiyə yığmasına qrup ikinciliyi yolunda ağır zərbə olmuşdu. Bu dəfə isə komandalar “Türk Telekom Arena”sında üz-üzə gəldilər.
Türkiyə millisi bundan öncəki oyunda Almaniya yığmasına 1:3 hesabı ilə məğlub olduğundan Azərbaycanla görüşdə mütləq qələbə qazanmalıydılar ki, “pley-off” mərhələsinə çıxa bilsinlər. Ancaq burada Almaniyanın da böyük rolu olmalıydı. Belə ki, almanlar öz meydanlarında Belçika yığmasını məğlub etməlidilər ki, Türkiyənin yolu açılsın. Yəni, Türkiyənin “pley-off”a çıxması almanların əlindəydi.
Almanlar türkləri xilas etdilər. Almaniya Belçikanı 3:1 hesabıyla məğlub etdi. Türkiyə isə Azərbaycan üzərində qələbə qazandı – 1:0.
Türkiyə - Azərbaycan - 1:0 Modern.az
Qol: Burak Yılmaz, 60 (1:0)
Türkiyənin start heyəti: 12. Sinan Bolat, 3. Hakan Balta, 4. Gokhan Zan, 19. Egemen Korkmaz, 22. Səbri Sarıoğlu, 5. Əmrə Bəlözoğlu (k), 6. Hamit Aktıntop, 14. Arda Turan, 15. Mehmet Topal, 17. Burak Yılmaz, 18. Kazım Kazım
Ehtiyat oyunçular: 22. Hakan Arıkan, 7. Gökhan Gönül, 8. Səlcuq İnan, 9. Ümit Bulut, 10. Mehmet Ekiçi, 20. Gökhan Töre, 21. Ömər Toprak
Azərbaycanın start heyəti: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 21. Vladimir Levin, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak, 22. Əfran İsmayılov, 10. Branimir Subaşiç
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 18. Arif İsayev, 19. Rahid Əmirquliyev, 16. Elşən Məmmədov.