Modern.az

Avstriya prezidenti Azərbaycanda iki günlük səfərdədir

Avstriya prezidenti Azərbaycanda iki günlük səfərdədir

12 Oktyabr 2011, 09:25

Dünəndən Avstriya prezidenti Haynts Fişer Azərbaycanda iki günlük rəsmi səfərdədir.
Bu gün isə Azərbaycan və Avstriya arasında keçiriləcək yüksək səviyyəli danışıqların əsas mövzusu qaz sahəsində əməkdaşlıq olacaq.
Haynts Fişerin səfərinin rəsmi hissəsi Azərbaycan prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə görüşünü nəzərdə tutur. 
Danışıqlarının yekununda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.
Qarşılıqlı iqtisadi əməkdaşlıqla bağlı müzakirələr Azərbaycan-Avstriya biznes-forumunda da davam etdiriləcək.
Haynts Fişer səfəri çərçivəsində Azərbaycanın baş naziri Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. O, dahi Avstriya bəstəkarı Volfanq Amadey Motsartın abidəsinin açılışında da iştirak edəcək. 

Qonaq bu gün Azərbaycandan Türkmənistana gedəcək.

Modern.az  

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...