Modern.az

Şimali Kiprin Lefke Avropa Universitetindən azərbaycanlı gənclərə təhsil imkanı

Şimali Kiprin Lefke Avropa Universitetindən azərbaycanlı gənclərə təhsil imkanı

Qarabağ

12 Oktyabr 2011, 10:05

Şimali Kipr Türk Cumhuriyyətinin Lefke Avropa Universitetinin  MDB ölkələri üzrə nümayəndəliyi 2011/2012-ci tədris ili üçün universitetin müxtəlif fakültələrinə  bakalavr, magistr, ikinci təhsil və eyni zamanda doktorantura pillələri üzrə sənəd qəbulu elan edib.
Nümayəndəlikdən Modern.az-a bildirilib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq sənədlərin qəbulu oktyabrın 15-dən noyabrın 16-na kimi aparılacaq. Ərizəçilər  məlumatla Şimali Kipr Türk Cumhuriyyətinin Lefke Avropa Universitetinin Tələbə Qəbulu Komissiyasının İnternet saytının müvafiq səhifəsinə (www.eul.edu.tr) daxil olub  tanış ola bilərlər. Eyni zamanda daha ətraflı məlumatı Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisindən də almaq olar.

Sənəd qəbulu hər gün (təqvim günləri hesab olunur) saat 10:00-dan 17:00-dək Lefke Avropa Universitetinin  Azərbaycan Nümayəndiliyi tərəfindən aşağıdakı ünvanda aparılır:

AZ 1029, Bakı şəhəri, Pəhlivan Rüstəmov 8.  (“Ambiance” otelin yanı)

Əlaqə telefonu:
(+99412) 562 61 25
(+99412) 562 61 26

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal