“NUR” Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası tərəfindən həyata keçirilən “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində “AİDS-dən uzaq olaq” adlı Qırmızı Lent Yeriş Marafonu keçirilib. Bakı şəhərində Milli Dənizkənarı Parkda maarifləndirici yeriş marafonu olan bu təşəbbüsün həyata keçirilməsində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.
Qırmızı Lent Yeriş Marafonu çərçivəsində orta hesabla 2000 nəfər maarifləndirilib. Qırmızı geyimdə olan tədbir iştirakçıları AİDS rəmzi olan qırmızı lent tax;b, uşaqlara qırmızı şarlar paylayıblar. Gənc təlimçilər parkdakı insanlara, yoldan keçənlərə AİDS haqqında əsas vacib informasiyalar verib və xüsusilə bu tədbir üçün hazırlanmış 500 ədəd buklet paylayıblar.
Modern.az