Modern.az

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

24 Sentyabr 2018, 00:41

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranda hərbi paradda baş verən terror aktı ilə bağlı ittihamlarını rədd edib. Modern.az xəbər verir ki, diplomat İran rəhbərlərinin günahkarları öz ölkələrində axtarmalı olduğunu bildirib: “Ruhani bizi hər nədə istəyirsə ittiham edə bilər. Lakin onun güzgüyə baxmağı məsləhətdir. ABŞ İranda və ya digər ölkədə rejimin dəyişdirilməsini istəmir”.

 

Qeyd edək ki, İranın Əhvaz şəhərində hərbi paradda baş verən terror aktı zamanı 29 nəfər ölüb, 53 nəfər isə yaralanıb. İran Prezidenti Həsən Ruhani isə bundan əvvəl ABŞ-ın dəstəklədiyi Körfəz ölkələrinin Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərdiyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU