Modern.az

Gürcüstan Ermənistana verilən qazı kəsdi

Gürcüstan Ermənistana verilən qazı kəsdi

Aktual

24 Sentyabr 2018, 15:08

Gürcüstan tərəfi Ermənistana qaz verilməsini bu gün səhər saat 7-də dayandırıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistana qazın verilməsinə sentyabrın 24-dən 26-na kimi müvəqqəti olaraq ara verilib.

Gürcüstan tərəfi bu barədə “Ermənistan Qazprom” tərəfinə məlumat verib və bunun “Şimali Qafqaz – Zaqafqaziya” borusunda təmirlə əlaqəli olduğunu söyləyib.

Qeyd edək ki, bu tarixlər ərzində Ermənistan istifadəçilərin qaz problemini daxili resurslarla ödəməli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!