Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Flora Xəlizadə, Etibar Cəbrayıloğlu, Elmira Axundova)

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Flora Xəlizadə, Etibar Cəbrayıloğlu, Elmira Axundova)

12 Oktyabr 2011, 16:34

Modern.az saytı jurnalistlərlə yeni layihəyə başlayır. Bu layihədə jurnalistlərdən ilk iş yerini və ilk iş gününü necə xatırdıqlarını xəbər alacağıq.  

Layihəyə “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadə, müstəqil jurnalist Etibar Cəbrayıloğlu, millət vəkili, jurnalist Elmira Axundova ilə başladıq.

“Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadə ilk olaraq tələbəlik dövründə olan bir məqama diqqət çəkdi.
“Bizim vaxtımızda praktika işi daha ciddi təşkil olunurdu. Bir sıra qəzetlərdə praktikada olurduq. Bunlar da bizim ilk işimiz sayıla bilər, çünki iş fəaliyyətimizə görə əsas işçilərdən fərqlənmirdik”.
F.Xəlilzadə daha sonra bildirdi ki, universiteti bitirdikdən sonra təyinatı “Azərbaycan müəllimi” qəzetinə verilib. Ancaq bu qəzetdə boş yer olmadığı üçün F.Xəlilzadə işə qəbul edilməyib. Universitetdən yeni məzun olan gənc jurnalist daha sonra iş üçün “Azərbaycan təbiəti ” jurnalına müraciət edib. Jurnal F.Xəlilzadənin müraciətinə müsbət cavab verib. Və beləliklə “Azərbaycan təbiəti”jurnalı F.Xəlilzadənin ilk iş yeri olub.
Həmsöhbətimiz bildirdi ki, bu jurnaldakı ilk iş gününü xatırlamır. F.Xəlilzadə bunun səbəbini belə izah etdi: “Bu jurnalla universitetdə təsil aldığım vaxtdan əməkdaşlıq edirdim, yazılarım dərc olunurdu. Yəni jurnalın əməkdaşlarını tanıyırdım. Ona görə də burdakı ilk iş günümü xatırlamıram”.    
Daha çox yazmaq həvəsində olan Flora Xəlilzadəyə ildə 4 dəfə nəşr olunan “Azərbaycan təbiəti” jurnalı kifayət etmir. Ona görə də bir il sonra “Azərbaycan müəllimi” qəzetindən gələn iş təklifini  böyük sevinclə qəbul edir. F.Xəlilzadə “Azərbaycan təbiəti” jurnalından fərqli olaraq qəzetdəki ilk iş gününü indiyədək xatırlayır.
“Çünki bu qəzetdə çalışmaq arzum var idi. Uzun müddət qəzetdə təcrübədə olmuşam, buranın kollektivini yaxından tanıyırdım. İlk iş günümdə hamı əlindən gələni edirdi ki, hər şey yaxşı olsun. O qəzetdə keçirdiyin ilk günü indiyə qədər xatırlayıram”. 

Müstəqil jurnalist Etibat Cəbrayıloğlu üstündən uzun illər keçməsinə baxmayaraq, jurnalist fəaliyyətinə başladığı ilk günləri yaxşı xatırladığını bildirdi. E.Cəbrayıloğlu ilə söhbət zamanı məlum oldu ki, o ilk fəaliyyətinə “Çeşmə” qəzeti ilə başlayıb. Daha sonra isə “Elin səsi” qəzetində fəaliyyətini davam etdirib.
““Çeşmə” qəzetində imzalarımız verilmirdi, amma “Elin səsi” qəzetində imzalarımız da verilirdi. İmzamla birgə yazılarım ilk dəfə bu qəzetdə dərc olunub”.
E.Cəbrayıloğlundan ilk iş gününü necə xatırladığını soruşduq.
“İlk günüm dəqiq yadımda deyil, amma bilirəm ki, ilk yazılarımdan biri böyük səs-küyə səbəb olmuşdu”. 

Millət vəkili Elmira Axundova ilk jurnalist fəaliyyətinə Azərbaycan Televiziyasında redaktor kimi başlayıb.
“Ekran Televiziya Birliyi sənədli filmlər çəkirdi. İlk fəaliyyətimə həmin filmlərin redaktoru kimi başlamışam. O vaxt təxminən 22-23 yaşım var idi, işə getdim oradakı kollektivlə tanış oldum, yerimi göstərdilər. Beləcə işə başladım”.
Elmira Axundova ilk iş gününü xatırlamadığı dedi.



Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi