Modern.az

Füzuli Ələkbərov avstriyalı nazirlə protokol imzalayıb

Füzuli Ələkbərov avstriyalı nazirlə protokol imzalayıb

Təhsil

12 Oktyabr 2011, 16:45

Avstriya Respublikasının Prezidenti Haynz Fişerin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 12-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Avstriya Respublikası əmək, sosial məsələlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstorfer arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, işgüzar şəraitdə keçən görüşdə hər iki ölkənin sosial-iqtisadi inkişafına dair məlumatlar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin 16-19 fevral 2010-cu il tarixlərində Avstriyaya səfərinin qarşılıqlı əlaqələrin genişləndirilməsində mühüm rol oynadığı qeyd olunmaqla, iki nazirlik arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Tərəflər nazirliklər arasında bir sıra sahələrdə, o cümlədən məşğulluq siyasəti və əmək bazarı proqramları, ahıl və əhalinin digər həssas qruplarına sosial qayğının göstərilməsi, əlillik siyasəti, əlilliyi olan şəxslərin tibbi-sosial problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi olan şəxslər üçün texniki peşə hazırlığı və s. kimi  qarşlıqlı maraq doğuran sahələrlə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin, əmək və sosial müdafiə siyasəti sahəsində nazirliklər arasında Anlaşma Memorandumun hazırlanması və imzalanmasının məqsədəuyğun olduğunu vurğulayıblar.

Sonda görüşün nəticələrinə dair Protokol imzalanıb. Sənəddə həmçinin əməkdaşlıq məqsədilə ekspertlərin qarşılıqlı səfərlərinin, birgə seminar və konfransların təşkil olunmasının nəzərdə tutulduğu, hər iki tərəfin sözü gedən tədbirlərin həyata keçirilməsinə təkan vermək məqsədilə müvafiq beynəlxalq təşkilatların müxtəlif proqramları və strukturları ilə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində fəallıq göstərəcəyi  ifadə olunub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...