Modern.az

Boloniya sisteminin Azərbaycan versiyası

Boloniya sisteminin Azərbaycan versiyası

12 Oktyabr 2011, 21:37

Hər kəs gələcəkdə daha yaxşı iş sahəsində çalışmaq, karyera qurmaq üçün ilk növbədə təhsilə yiyələnməyə, bu sahədə biliklərini artırmağa çalışır. Mən də orta məktəbi bitirər-bitirməz belə ideyalarla yaşayırdım. Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi üzrə bakalvr pilləsini keçən il bitirmişəm. Bu il isə təhsilimi daha da irəli aparmaq üçün Bakı Slavyan Universitetində magistraturaya daxil oldum. Hazırda universitetinin publisistik jurnalsitikasında magistr təhsili alıram.

Ayrı-ayrı iki dövlət universiteti. Amma təhsil sistemi eyni...

Əvvəlcə qeyd etmək istəyirəm ki, hər iki universitetdə hazırda Azərbaycan ali məktəblərində tətbiq olunan Boloniya sistemi ilə təhsil yürüdülür. Yəqin ali məktəblərə yaxın bir neçə ildə daxil olanlar Boloniya kredit sitemi haqqında məlumatlıdırlar.

Bildiyim qədər, yəni bizə də universitetlərdə öyrənildiyi qədər deyə bilərəm ki, bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Amma nədənsə bizim universitetlərimizdə bu sistemin də “Azərbaycan versiyası” yaradılıb. Bir az öncə qeyd etdiyim kimi tələbəyə sərbəstlik verilmir. Boloniya sisteminə görə tələbənin universitetdə məcburi saxlanılmır. O istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürür və semestr sonu gəlib imtahanını verir. Amma bizdə tələbə universitetə gəlməyə məcbur edilir, gəlməsə qayıb yazılacağı və hər dərs üzrə 30 faiz limiti keçərsə qovulacağı bildirilir. Bəs,  biz sərbəstlikdən danışırdıq...

Digər problem universitetlərimizdə tələbələr ancaq nəzəriyyənin öyrədilməsidir. Özü də öyrədilən nəzəriyyələr sovetdən qalma şeylər...O ideyalarla tələbələr dərs keçilir. Bundan əlavə, axı nəzəriyyə ilə də məsələ həll olunmur. Nəzəriyyə bizi istiqamətləndirə bilər, amma oxuduğumuz vaxt topladığımız praktika bizə daha geniş imkanlar açır. Amma bu gün bizim tələbələrimiz elə məhz bundan əziyyət çəkir. Belə ki, universiteti qurtaran tələbələr iş arxasınca getdiyi zaman onun nəzəri biliyi yox, təcrübəsi əsas götürülür.

Elə götürək özümü. Jurnalsitika fakultəsində oxuduğum zaman topladığım nəzəri təcrübə qapısını döydüyüm iş yerlərində heç bir işə yaramadı. Əsas təcrübə zamanı topladığım biliklər önə çəkildi. Reallıqdan danışaq, bu gün dövlət universitetlərinin hansında tələbəyə radio- televizyada pult araxasında oturmağı, montaj etməyi öyrədirlər. Tələbə həvəsə düşüb sujet çəkmək istədikdə isə deyilir: “kameranı universitet daxilindən çıxartmaq olmaz. Burada gördüyünüz bir şeylər barədə nə çəkirsinizsə çəkin”. Tələbənin yaradıcılıq imkanları daraldılır.

Hesab edirəm ki, bütün bu problemlər sovetdanqalma idealogiyanın hələ də universitetlərimizdə qalmasıdır. Çünki universitetdə tələbələrə dərs deyəcək müəllimlərin demək olar ki, əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Onlar isə neçə illər qoruduqları mühafizəkar fikirlərdən birdən-birə əl çəkə bilmirlər. Bununla yanaşı yeniliyi də qəbul etmirlər.

Hər bir yerdə texnologiyanın, dünyanın sürətli inkişafından söz açılır. Biz tələbələr də o inkişafla ayaqlaşa bilməliyik. Bunun üçün də bizi istiqamətləndirəcək yeni fikirli, ideyalı müəllimlərə, kadlara ehtiyac var.

Məhz universitetlərimizdə təhsil sahəsində toxunduğum və ya deməyi unutduğum bu problemlərin həllində də məhz bu köklü sürətdə ideya baxımından dəyişmək durur.  

Aytən ƏLİYEVA

Bakı Slavyan Universiteti, magistratura, I kurs, publisistik jurnalistika

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər