Modern.az

Deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasına gedilər

Deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasına gedilər

13 Oktyabr 2011, 11:20

Oktyabrın 13-14-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçiriləcək.
İclasda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu komissiyanın sədri kimi iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə “MDB iştirakçısı olan ölkələrdə dövlət gənclər siyasəti haqqında” model qanun layihəsi, təhsil və təcrübə keçmə məqsədilə həyata keçirilən miqrasiyanın inkişafı, dövlətin sosial strategiyası, komissiyanın təşəbbüsü ilə MDB PA-da qəbul olunmuş model qanunvericilik aktlarından istifadə  və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 19-da Sankt-Peterburqa yola düşəcək.
İclasda ekstremizmə, insan alverinə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Səfər oktyabrın 23-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı