Modern.az

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR  

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR   

Aktual

26 Sentyabr 2018, 16:06

Moskva vilayətinin yeni mədəniyyət naziri postu Nərmin Oqtay qızı Şirəliyevaya həvalə olunub.

Məlumat üçün bildirək ki, Nərmin Şirəliyevaya Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevinın qızıdır.


Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Modern.az-a açıqlamasında Nərmin Şirəliyevanın Moskva vilayətinin mədəniyyət naziri təyin olunmasını uğurlu seçim adlandırıb.

“Hesab edirəm ki, Nərmin Şirəliyevanın mədəniyyət naziri seçilməsi çox uğurlu addımdır. Mənim onunla heç bir əlaqəm yoxdur. Və Nərmin Şirəliyevanı şəxsən tanımıram. Amma dünyada yerindən asılı olmayaraq hər hansı bir azərbaycanlının vəzifəyə təyin olunması sevindiricidir”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbasın da Nərmin Şirəliyeva ilə heç bir münasibəti, tanışlığı olmayıb.

“ Ancaq çox sevinirəm ki, azərbaycanlı birini çox böyük vəzifəyə təyin ediblər. Onunla tanışlığım yoxdur. Ancaq adını eşitmişəm. Sadəcə, bu uğura sevinmək lazımdır”.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi