Modern.az

Tramp Türkiyəyə təşəkkür etdi

Tramp Türkiyəyə təşəkkür etdi

Dünya

26 Sentyabr 2018, 20:30

Donald Tramp ilk dəfə başçılıq etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının nüvə tərksilah və kütləvi qırğın silahları iclasında İranı hədəf alıb. Modern.az xəbər verir ki, ABŞ prezidenti Suriyada Əsəd rejiminin günahsız vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsinə görə, ABŞ-ın iki dəfə hərəkətə keçdiyini deyib.

 

Tramp, həmçinin, onu da qeyd edib ki, Rusiya və İran  Suriyadakı rejimə kömək edir, İran və rejim isə şiddət və  terroru həyata keçirir.

 

İranı terrora dəstək verməklə günahlandıran Trump, ABŞ-ın İran nüvə razılaşmasından bu səbəbə görə çəkildiyini deyib.

 

İclasda Əsəd rejiminin İdlibdəki hücumlarını azaltdığına görə Tramp Türkiyəyə təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU