Modern.az

Georgi Şaroyev haqqında monoqrafiya çap olunub

Georgi Şaroyev haqqında monoqrafiya çap olunub

Aktual

28 Sentyabr 2018, 12:02

Musiqişünas və pianoçu Zakir Əsədovun “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyası çap olunub.

Modern.az-ın xəbərinə görə, monoqrafiyada Azərbaycan musiqi incəsənətində fortepiano ifaçılığı sənətinin banisi, Azərbaycanın əməkdər incəsənət xadimi, rus fortepiano məktəbinin nüməyəndəsi Georgi Şaroyevin həyat və yaradıcılığı faktoloji materiallar əsasında ilk dəfə müfəssəl araşdırılıb.

Z. Əsədov Azərbaycan və Qərbi Avropa musiqisinin tarixi inkişaf mərhələləri arasında paralellər aparmaqla Azərbaycanda klassik musiqi ənənələrinin nisbətən gec meydana gəlməsinin səbəblərinə də aydınlıq gətirib.

Qeyd edək ki, “Georgi Şaroyev fenomeni” monoqrafiyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub.

Xatırladaq ki, Z. Əsədov Bakı Musiqi Akademiyasının məzunudur. O, Fransada, İtaliyada, Azərbaycanda bir sıra musiqi müsabiqələrinin laureatı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək