Modern.az

Yaponiya aya araşdırma aparatı göndərir

Yaponiya aya araşdırma aparatı göndərir

Aktual

28 Sentyabr 2018, 21:15

Yaponiyanın “iSpace”şirkəti 2020-ci ildə Aya araşdırma aparatı göndərəcəyini açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “iSpace” şirkətindən verilən açıqlamada şirkətin ABŞ kosmik xidmət və raket istehsalçısı “SpaceX”in Falcon 9 raketi ilə 2020-ci ildə aya kosmik aparat,  2021-ci ildə isə ayın səthini araşdırmaq üçün gəzən kosmik aparat göndərəcəyi deyilib.

 

“iSpace”in təsisçisi Takeşi Hakamada “SpaceX”in insanların kosmosda yaşamalarını fərziyəsini reallaşdırmağa çalışdığını deyib.

 

Qeyd edək ki, ABŞ-ın kosmos xidməti və raket istehsalçısı “SpaceX” Yaponiyalı milyarder Yusaku Maezavanı Aya göndəriləcyini açıqlamışdı. Ayın orbitindən keçmək üçün nəzərdə tutulan həmin səfərin  2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu