Modern.az

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilk dəfə mətbuat konfransı keçirdi

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilk dəfə mətbuat konfransı keçirdi

Təhsil

14 Oktyabr 2011, 15:05

Bu gün Milli Məclisdə ATƏT Parlament Assambleyasının payız sessiyasının yekunlarına ilə bağlı məbuat konfransı keçirilib. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iclasla bağlı məlumat verib. Modern.az saytı xəbər verir ki, B.Muradova qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti tarixində ilk dəfə olaraq Minsk qrupu həmsədrləri ilə iclas keçirilib. Və onlar gördükləri işlərlə bağlı məlumat açıqlayıblar.

Bahar Muradovanın sözlərinə görə, iclasda fransalı həmsədr Bernar Fasye bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, əsas 7 rayon işğal olunub və 25 min insan həyatını itirib. İclasda daha sonra amerikalı həmsədr Robert Bradtke danışıb. O deyib ki, münaqişənin nizamlanmasına dair 6 maddə ortadadır.

Rusiyalı həmsədr İqor Popov isə ölkəsinin Qarabağ münaqişəsinin nizamlanmasına dair əlavə variantının olduğunu söyləyib. O, deyib ki, Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın prezidentlərinin görüşləri keçirilib.

ATƏT-in fəaliyyətə olan sədrinin cəbhə xəttində monitorinq aparan şəxsi nümayəndəsi Anjey Kasprşik də iclasda danışıb. Onun sözlərinə görə, monitorinqləri davam etdiməklə məşğuldurlar və heç bir təhlil verməyə imkanları çatmır.

Milli Məclis sədrinin müavini erməni deputatların sessiya zamanı konstruktivlik göstərmədiklərini vurğulayıb.

Bahar Muradova qeyd edib ki, 25 ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərlərilə görüşdə onları Dağlıq Qarabağ məsələsində obyektiv olmağa çağırıb. Bahar Muradovanın görüş keçirdiyi 25 ölkənin nümayəndə heyətinin rəhbərindən 19-u Dağlıq Qarabağla bağlı müzakirədə çıxış edib.
Vitse-spiker bildirib ki, Azərbaycan ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı sənəd qəbul olunmasına çalışır. B.Muradovanın sözlərinə görə, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareşin noyabr ayında bölgəyə səfəri gözlənilir.

Mətbuat konfransında iştirak edən nümayəndə heyətinin üzvü, deputat Rəbiyyət Aslanova bildirib ki, ATƏT Parlament Assambleyasının payız sessiyasında həmsədrlərin hesabat təqdim etməsi asan başa gələn məsələ olmayıb: “Bu çox çətin başa gələn məsələdir. Bu məsələdə nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın xüsusi rolu olub”.

Deputat Eldar İbrahimov Azərbaycanı ATƏT Parlament Assambleyasında 16 ildir təmsil etdiyini bildirib və keçirilən müzakirələrdən danışıb.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti səfərdən qayıdandan sonra jurnalistlər üçün mətbuat konfransı keçirir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...