Modern.az

Zahid Oruc Ramil Usubovun müdafiəsinə qalxdı

Zahid Oruc Ramil Usubovun müdafiəsinə qalxdı

Təhsil

14 Oktyabr 2011, 15:49

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun MDB dövlətlərinin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana getməsi birmənalı qarşılanmayıb. Qarabağ Azadlıq Təşkilatlı R.Usubovun adının  özünün “qara siyahısı”na salıb.

Məsələyə münasibət bildirin millət vəkili Zahid Oruc Modern.az saytına açıqlamasında deyib ki, daxili işlər naziri Ramil Usubovun İrəvana səfəri, orada MDB formatıında keçirilən tədbirdə iştirak etməsi Azərbaycanın dövləti maraqlarının yerinə yetirilməsi üçündür. Onun sözlərinə görə, ötən illər ərzində ermənilər Azərbaycanı xarici auditoriyalardan məhrum etməklə sırf emosional və bir sıra hallarda işğalın yaratdığı ağır təsirlərdən, onlarla üz-üzə dayanmamaq istəyimizdən faydalanıblar.

“Yəni bu mövqedən yanaşsaq ki, biz erməni amili, Ermənistan məsələsinə görə bu cür beynəlxalq tədbirlərdən geri qalaq, onda özümüzü sadəcə daxili auditoriyaya kökləmiş olarıq. Və bu məsələyə yanaşmalar da, ayrı-ayrı qurumların, xüsusilə də Qarbağ Azadlıq Təşkilatının sırf ədəbi-bədii, bəzən publisistik janrda reaskiyalar bildirməsi məni son dərəcə ağrıtdı. Bu tədbirdə Ermənistan rəhbərliyini dominantlıq göstərərək xarici aləmə konstruktiv mövqe, Qafqazda əməkdaşlıq, sülhün təbliğatçısı olmaq imkanından məhz Azərbaycan nazirinin ora səfəri məhrum edir”. 

Z.Orucun fikrincə, məhz Ermənistanda-guya onların məkanlarında Azərbaycan maraqlarını təbliğ etmək, Ermənistanın işğalçılığını və eksterzmini ortaya qoymaq və gerçək şəkildə təhlükəsizliyə məhz bu ölkənin zərbə vurduğunu bildirmək daha önəmlidir, son dərəcə vacibdir.

“Həmin sözügedən qurum isə əvəzində Qarbağ probleminin sadəcə 3-5 nəfərin kiçik etirazları səviyyəsinə endirib. Sanki ümumxalq etirazının səviyyəsi elə bu 5 nəfərdən ibarətdir. Elə beynəlxalq miqyasa çıxa bilməməyin də başlıca səbəblərindən biri budur. Ona görə də bu qurumlar xarici müstəvidə böyük status əldə edə bilmirlər”.

Millət vəkili hesab edir ki, belə addımlar bilavasitə istər Xocalının, istər Azərbaycanın digər ərazilərinin işğalı məsələlələrini Ermənistanın əleyhinə çevirmək üçün mühüm tribunalardır və bu qətiyyən diplomatik tanıma anlamına gəlmir.

“Azərbaycan öz mövqelərini yenə də özündə saxlayır. Heç bir halda bu hansısa əməkdaşlıq formatı və ya müstəvisi sayıla bilməz. Əksinə, mən hesab edirəm ki, bu həm də öz üzərinə müəyyən riskləri götürərək addım atmaqdır. Amma kimsə düşünürsə belə vasitələrlə biz ermənilərlə hər hansı əməkdaşlıq müstəvisindən geri daşınmalıyıq, onda niyə ermənilərin iştirak etdiyi NATO-da mərasimlərində söz söyləyirik? Avropa Şurasında niyə hansısa məsələlərdə siyasi savaş açırıq? ATƏT-də ermənilər yenə də iştirak edir. Onlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərə gəlib qatılaraq bizi öz meydanımızda mətbuatımızı əleyhimizə çevirmək istəyirlər”.

Deputat qeyd edib ki, Azərbaycan mühüm dövləti fəaliyyət yollarının hamısını ölçüb biçərək addımlar atmaqdadır. Ona görə də o, məsələyə son dərəcə belə məhəlli, lokal yanaşmalar etmək, xüsusilə də məsələni kiminsə şəxsiyyəti əleyhinə çevirməyi çox yanlış dəyərləndirir.

“Bir parlament üzvi kimi fikirləşirəm ki, bütün tribunaları Ermənistanın əleyhibnə çevirmək lazımdır. Olsun ki, o İrəvandadır və ya başqa yerlərdədir. Qoy Qarabağ Azadlıq Təşkilatı bir sadə azərbaycanlının Qarabağa qayıtmasına xidmət edən beynəlxalq layihələr hazırlayıb ortaya qoysun. Yəni məsələyə nəzəri konteksdə yanaşmalar etməkdənsə, “mən öz evimi görmək istəyirəm, oranı gedib ziyarətdə bulunmaq mənim həyati amalımdır” deyən Azərbaycan insanlarının-birinin, beşinin, onunun Qarabağa gedib ziyarətini təmin edən addımlarda bulunmalıyıq. Yəni biz sadəcə işğaldan azad olunanda ora dönməli deyilik, elə həm də indi getməliyik ki, o böyük gedişin əsasını formalaşdıraq” deyə Zahid Oruc əlavə edib.   

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...