Modern.az

BNA-dan ağır qəzaya bağlı AÇIQLAMA: Daşıyıcı şirkətə əvvəldən XƏBƏRDARLIQ edilibmiş

BNA-dan ağır qəzaya bağlı AÇIQLAMA: Daşıyıcı şirkətə əvvəldən XƏBƏRDARLIQ edilibmiş

Aktual

2 Oktyabr 2018, 11:33

Oktyabrın 1-də Bakının Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğunun da müəyyənləşdiyini bildirib.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a deyib ki, sürücülərin işə qəbulu təmsil etdiyi qurum tərəfindən həyata keçirilmir:

Qəzadan sonra daşıyıcı şirkətə  xəbərdarlıq olunub.

M.Ağayev deyib ki, bu kimi halların qarşısının alınması üçün vahid sürücü bazasının hazırlanması və peşəkar sürücülərlə bağlı məlumatların toplanması davam edir.

 

Qeyd edək ki, qəza "Ayşən" MMC-ə məxsus 160 saylı marşrut avtobusunda baş verib.

 

Qəza nəticəsində 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 13 yaşlı məktəbli həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU