Modern.az

Qarabağ klanı Nikol Paşinyanı devirə bilər  

“Qarabağ klanı” Nikol Paşinyanı devirə bilər   

3 Oktyabr 2018, 11:40

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə olunur.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanla koalisiyaya girən “Çiçəklənən Ermənistan” partiyasının üzvü, vitse-spiker Mikael Melkumyan hökumət rəhbəri ilə yeni seçkilər barədə heç bir razılıq əldə etmədiklərini deyib.

 

“Biz Paşinyanla heç bir razılıq əldə etməmişik. Hökumətin planı təqdim olundu və biz onunla tanış olduq. Seçkilərin 1 il ərzində keçirilməsini istəyirik. Amma bunun üçün seçki məcəlləsi dəyişməlidir”.

 

Melkumyan Paşinyanın istefa verəcəyi təqdirdə baş nazir postuna öz namizədlərini irəli sürüb-sürməyəcəklərini də deməyib.

 

Ekspertlər baş verənlərin arxasında eks-prezident Robert Koçaryan və "Qarabağ klanı"nın digər üzvlərinin dayandığını düşünür. Məqsəd Paşinyanın növbədənkənar seçkilər keçirmək üçün istefa verməsi və bundan istifadə edərək onun əvəzinə parlament fraksiyalarının köməyi ilə köhnə hakimiyyətin nümayəndəsini baş nazir seçməkdir. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU