Modern.az

ADU Belqradda beynəlxalq elmi konfrans keçirib

ADU Belqradda beynəlxalq elmi konfrans keçirib

Aktual

3 Oktyabr 2018, 12:32

Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar (MELİSSA – LİBRARİES ALONG THE SİLK ROAD) adlı beynəlxalq elmi konfrans keçirilib.

Modern.az xəbər verir ki, sözügedən konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutub. Azərbaycan Dillər Universitetinin də təşkilatçılarından biri olduğu olan konfransda İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Çernoqoriya, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və elm adamı iştirak edib.

Konfransın açılışında akademik M.Vuksanoviç, universitet kitabxanasının direktoru professor A.Yerkov, Belqrad şəhər kitabxanasının direktoru Y.Ninkov və filologiya fakültəsinin dekanı L.Markoviç çıxış edib. Konfransda xüsusi qonaq qismində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın video-link vasitəsilə yayımlanmış çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. K.Abdulla konfransın nəinki iqtisadi sahədə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibliyini vurğulamış və gələcəkdə bu konfransın İpək Yolu üzərində yerləşən digər dövlətlər və universitetlərdə keçirilməsi arzusunda olduğunu bildirib.

Tədbir çərçivəsində “Dövlətlərin mədəniyyət siyasəti və kitab mədəniyyəti”, “Rəqəmsal humanizm kontekstində transkulturalizm”, “Yeni semantik qətnamə üçün cəmiyyət, kommunikasiya və inkişaf”, “Kitabxana transkulturalizmin güzgüsü”, “İpək Yolu mədəniyyətində Azərbaycan və Serbiyanın perspektivləri” və digər mövzularda müzakirələr aparılıb.

Konfransın açılış mərasimində, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə, mərkəzin əməkdaşı Samirə Ağayeva və Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi