Modern.az

Beynəlxalq Məhkəmə İranı müdafiə etdi

Beynəlxalq Məhkəmə İranı müdafiə etdi

Dünya

3 Oktyabr 2018, 13:54

BMT-nin Beynəlxalq Məhkəməsi ABŞ-dan İrana qarşı sanksiyaların dayandırılmasını tələb edib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarına görə ABŞ-ın sanksiyaları humanitar yardımlara və İranın vətəndaş aviasiyası üçün ehtiyat hissələrinin çatdırılmasına toxuna bilməz.

 

Qərar məhkəmənin bütün hakimləri tərəfindən yekdilliklə qəbul edilib.

Xatırladaq ki, İran ABŞ-ın maydakı sanksiyalarının 1955-ci ildəki beynəlxalq razılaşmanı pozduğunu iddia edib.

 

Qeyd edək ki, AB İrandan neft və digər malların alınması üçün ABŞ sanksiyalarını aşacaq mexanizmin yaradılması üçün bəyanat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!